Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Ayaks” klubundan müdafiəçi Sven Botmanı transfer edib.
 
Bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Niderlandın gənclərdən ibarət yığmasının üzvü yeni komandasında 5 nömrəli formanı geyinəcək.
 
“Ayaks”ın yetirməsi olan Botman ötən mövsümü icarə əsasında “Herenven”də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest