27 İyul 2020, 16:35
FUTBOL
Futbol üzrə Almaniya Kubokunda 2020/2021 mövsümünün 1/32 final mərhələsinin püşkü atılıb.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" klubunun da rəqibi müəyyənləşib. Aue təmsilçisi ilkin mərhələdə regional liqa klubu "Vürttemberq"lə qarşılaşacaq.
1/32 finalın oyunları 11 - 14 sentyabrda keçiriləcək.