Almaniyanın "Union Berlin" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi yaponiyalı hücumçu Keyta Endonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı vinger Yaponiyanın "Yokohama Marinos" klubundan bir illik icarəyə götürülüb. Amma bu müddət ərzində Berlin təmsilçisi onun transfer hüquqlarını da almaq şansına malikdi.
 
Yaponiya yığmasının da üzvü olan Endo "Yokohama Marinos"un öz yetirməsidi. O, bu komandanın heyətində 100-dən çox oyun keçirib, 13 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest