Futbol üzrə İspaniya La Liqasına yüksələn ilk klub məlum olub.
 
Matc.az xəbər verir ki, Sequndada 40 turdan sonra lider “Kadis” ən pis halda 2-ci yeri özü üçün təmin edib.
 
Hesabında 69 xalı olan komanda sona iki tur qalmış çempionluğa da əsas namizəd sayılır. 2-ci pillədə qərarlaşan “Hueska”nın 64, 3-cü olan “Saraqosa”nın isə 62 xalı var.
 
Qeyd edək ki, “Kadis” sonuncu dəfə 2005/06 mövsümündə La Liqada çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest