"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını İtaliyada davam etdirə bilər. Matc.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “İnter” maraqlanır.

Məlumata görə, London klubu da oyunçunun satılmasına müsbət yanaşır. Rəhbərliyin Kante üçün gələn təklifləri dəyərləndirəcəyi bildirilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsüm "Çelsi"də 27 oyun keçirib və 3 qol vurub. Onun “zadəganlar”la müqaviləsi 2023-cü ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest