"Onu yaxından görənlər yalnız "Vulverhempton"un U-23 komandasının oyunlarını stadiondan izləyən qatı azarkeşlərdir".

Matc.az xəbər verir ki, bu sözləri "Birmingem Mail" nəşrinin müxbiri Aleks Diken Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun "Koventri" klubuna mümkün keçidi barədə danışarkən deyib. O, 21 yaşlı hücumçunun fiziki gücünün yüksək olduğunu bildirib:

"O, əsl cərimə meydançası hücumçusu olacaq. Enerjisindən düzgün yararlanır və əlavə güc sərf etmir. çox sürətlidir, dar sahədə ayaqla yaxşı oynaya bildiyini dəfələrlə göstərib. Dadaşov qışda "Birmingem Siti"nin təklifini qəbul etməməklə doğru qərar verdi. Tanıdığı komandada qalmağa üstünlük verdi. Renatın göstəriciləri çox yüksəkdir. O, vaxtı ilə Almaniyanın aşağı yaşlılar üzrə yığmalarında özünü yaxşı tərəfdən göstərməyi bacarıb".

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Forvard hələ əsas komandada debüt etməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest