Mario Balotellinin "Breşia" rəhbərliyi ilə münasibətləri korlanıb. Matc.az xəbər verir ki, buna səbəb oyunçunun icazəsiz məşqlərdən qalması olub.

Məlumata görə, rəhbərlik Balotelli ilə müqaviləni ləğv etmək istəyir. Klub prezidenti Massimo Kellino bunun üçün oyunçuya təzminat ödəmək fikirində deyil. O, səbəb kimi hücumçunun klubun nizam-intizam qaydalarına əməl etməməsini göstərib. Ancaq Balotelli ona kompensasiya verilməsini tələb edir.

Xatıqladaq ki, İtaliyalı futbolçunun “Breşia” ilə müqaviləsi 2022-ci ilə qədər qüvvədədir. O, cari mövsüm A Seriyasında 19 matç keçirib və 5 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest