"Barselona"nın müdafiəçisi Samuel Umtiti karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu "İnter"in maraq dairəsindədir.

Məlumata görə, A Seriyası təmsilçisi yayda müdafiə xəttini gücləndirmək niyyətindədir. Baş məşqçi Antonio Konte 26 yaşlı oyunçunu heyətində görmək istəyir. Kataloniya klubu fransalıya 30 milyon avro qiymət qoyub. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Umtitinin "Barselona" ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir. O, cari mövsüm 16 matçda çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest