Qambiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış futbol çempionatları ilə bağlı yekun qərar çıxarılıb.
 
Matc.az xəbər verir ki, Qambiya Futbol Federasiyası (QFF) mövsümün ləğvinə qərar verib.
 
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Xəbərdə cari mövsümün geridə qalan hissəsində qeydə alınan nəticələrin də ləğv olunduğunu və keçərsiz sayıldığı diqqətə çatdırılıb. Sadəcə, çempionatın ilk iki pilləsində qərarlaşan "Real Banjul" və "Armed
Forces" klublarının Afrika çempionlar Liqasında iştirak edəcəyi barədə qərar qəbul olunub. 
 
QFF koronavirusa qarşı yardım fondundan klublara maddi dəstək göstəriləcəyini də bəyan edib.
 
Qeyd edək ki, Qambiyada 14 komandadan ibarət ölkə çempionatında 14 tur geridə qalmışdı. Bu müddət ərzində 29 xal toplamış "Real Banjul" birinci, "Armed Forces" isə 23 xalla ikinci idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest