"Uotford"un müdafiəçisi Xose Xolebas Premyer Liqanın taleyi ilə bağlı danışıb. Matc.az xəbər verir ki, o, çempionluğun "Liverpul"a verilməli olduğunu bildirib:

"Düşünürəm ki, mövsümü başa vurmamalıyıq. Mənim üçün çempion bəllidir. Kubok "Liverpul"a verilməldir. Onlar buna layiqdirlər və mövsüm ərzində inanılmaz futbol nümayiş etdirdilər. "Qırmızılar" Premyer Liqanın bir nömrəsidir. Oyunları bilinməyən bir tarixə təxirə salmağın mənası yoxdur".

Qeyd edək ki, "Liverpul" ikinci sıradakı "Mançester Siti"dən 25 xal qabaqdadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest