"Yuventus"un fransalı futbolçusu Adrien Rabyo ölkəsinə qayıdıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Football İtalia" saytı məlumat yayıb. Xəbərdə, "Yuventus"un Rabyoya Fransaya qayıtması üçün icazə verdiyi bildirilib.
 
Bundan əvvəl "Yuventus"da Duqlas Kosta Brazliyaya, Qonsalo İquayn Argentinaya, Miralem Pyaniç Bonsiya və Herseqovinaya, Sami Kxedira isə Almaniyaya qayıtmışdı.
 
İtaliyada koronavirus pandemiyasından 15 mindən çox insan ölüb. İnfeksiyaya yoluxanların sayı isə 124632-dir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest