"Yalnız futbol haqda yox, ailəm barəsində də düşünməliyəm. Futbol sadəcə, karyeradır. Ancaq həyat elə deyil. Yeni bir şeylər yoxlamaq və ən əsası yaxşı bir insan olmaq istəyirəm"

"Milan"nın hücumçusu Zlatan İbrahimoviç İtaliya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, isveçli futbolçu karyersını bitirməsi ilə bağlı çıxan söz-söhbətlərə münasibət bildirib:

"Hələ nə istədiyimi bilmirəm. Hər gün fərqli şeylər baş verir. İtaliya mənim ikinci evimdir. "San Siro"da oynamaq çox yaxşıdır. Mən daha da irəli getmək, inkişaf etmək istəyirəm. Ancaq yalnız futbol haqda yox, ailəm barəsində də düşünməliyəm. Futbol sadəcə, karyeradır. Ancaq həyat elə deyil. Yeni bir şeylər yoxlamaq və ən əsası yaxşı bir insan olmaq istəyirəm".

Qeyd edək ki, İbrahimoviçin "Milan"la müqaviləsi mövsümün sonuna qədərdir.    

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest