"Monako"nun hücumçusu Vissam Ben Yedder karyerasını PSJ-də davam etdirə bilər. Matc.az xəbər verir ki, Paris təmsilçisi onu Edinson Kavanin əvəzedicisi kimi görür.

Məlumata görə, 33 yaşlı argentinalı futbolçu yayda komandadan ayrılacaq. Kavani Argentina təmsilçisi "Boka Xuniors"la müqavilə imzalamağa yaxındır. PSJ-nin baş məşqçisi Tomas Tuxel isə rəhbərlikdən Ben Yedderi transfer etmələrini istəyib. Almaniyalı mütəxəssis daha öncə Kavanin komandada qalmasını istədiyini bildirmişdi. Ancaq təcrübəli forvard karyerasını ölkəsində davam etdirmək istəyir.

Qeyd edək ki, Vissam Ben Yedder bu mövsüm "Monako"da 31 oyun keçirib və 19 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest