Futzal üzrə Aç-2022-nin seçmə mərhələsi üçün püşkatma mərasiminin vaxtı dəyişdirilib. 
 
Matc.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb koronavirus pandemiyasının yayılmasıdır. 
 
Tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.
 
Qeyd edək ki, Aç-2022-nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Final mərhələsi 2022-nin yanvar-fevral aylarında Niderlandda keçiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest