"Sabah"ın Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə keçirdiyi 9 ev matçında ümumilikdə 11950 tamaşaçı (hər oyuna orta hesabla 1327) izləyib. matc.az xəbər verir ki, bu, cari mövsümdə qeydə alınmış ikinci ən yaxşı göstəricidi.
 
Paytaxt təmsilçisinin ev oyunlarında ən çox tamaşaçı dekabrın 2-də keçirilmiş “Qarabağ”la  qarşılaşmada (3000), ən az isə sentyabrın 29-da baş tutmuş “Səbail”lə matçda (300) qeydə alınıb.
 
Masazırdakı görüşlərdə qeydə alınmış azarkeş sayı:
 
“Keşlə” 0:1 (1500 tamaşaçı)
 
“Qəbələ” 0:1 (1000)
 
“Səbail” 3:0 (300)
 
“Zirə” 2:2 (750)
 
“Sumqayıt” 1:3 (2000)
 
“Qarabağ” 0:1 (3000)
 
“Neftçi” 0:2 (2000)
 
“Qəbələ” 3:2 (400)
 
“Səbail” 0:0 (1000)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest