Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasına münasibət bildirib. Matc.az xəbər verir ki, o, bunu idman dünyası çətin bir sınaq adlandırıb:

"Son hadisələr idman dünyası üçün çətin bir sınaqdır. Qlobal idman planları pozuldu, amma hər bir idmançı mənimlə həmfikir olar ki, əsas məqsəd sağlam dünyadır. İnsanların sağlamlığı üçün dua edək və bir az səbirli olaq".

Qeyd edək ki, 2021-ci ilə təxirə salınan Olimpiadanın öncədən iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest