“Real” mövsüm sonunda bir neçə futbolçu ilə yolları ayırmağa hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Bildirilir ki, koronavirus səbəbindən La Liqanın dayanması klublara böyük maddi ziyan vurub. Madrid təmsilçisi heyəti gücləndirmək üçün bəzi futbolçular ilə vidalaşacaq. Baş məşqçi Zidan bu barədə artıq klub prezidenti Florentino Perezlə görüşüb.

Fransalı mütəxəssis Mariano Dias, Luka Yoviç, Naço Fernandez, Xames Rodrigez və Qaret Beyl kimi futbolçulara gələn təkliflərin dəyərləndiriləcəyini bildirib. Klub bu futbolçularla vidalaşa bilməsə, transfer dönəmində istədiyi oyunçuları ala bilməyəcək.

Qeyd edək ki, “kral klubu” Mbappe və Poqbanı yayda heyətinə cəb etmək istəyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest