UEFA avrokuboklar haqda qərarını verdi. Matc.az xəbər verir ki, bu barədə qrumun rəsmi saytından məlumat yayılıb.

Məlumata görə, UEFA koronavirus epidemiyasına görə çempionlar Liqası və Avroliqada gələn həftə keçiriləcək görüşləri təxirə salıb.

Qərar çempionlar Liqasının 1/8 final mərhələsinin martın 17 və 18-də,  Avroliqa 1/8 final mərhələsinin martın 19 və 20-də nəzərdə tutulmuş oyunlarını əhatə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest