"Tottenhem" çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında evdə "Leytpsiq" 0:1 hesabı ilə uduzub. Matc.az xəbər verir ki, görüşün ardından komandanın baş məşqçisi Joze Mourinyo qarşılaşma barədə fikirlərini bildirib:

"Oyunçularım əllərindən gələni etdilər. Lamelanı əvəzləməliydim. çünki zədədən yeni qayıdıb. Biz böyük komandayıq. Möhtəşəm oyunçularımız var. Amma digər tərəfdən hazırkı vəziyyətimizi görürsünüz. Gülləmiz olmasa, silahla döyüşə girməyin mənası yoxdu. Hətta bəzi anlarda şanslıydıq. Qapıçımız iki inanılmaz qurtarış etdi. Bu hesab məni narahat etmir. Səfərdə qələbə qazana bilərik. Sadəcə, oyunçuların çox sıx oynaması məni düşündürür. Bu gün Moura, Berqveyn, Lo çelso tamamilə tükəndi. Ciddi problemlərimiz var. Bir matc oynasaq, deyərəm ki, problem yoxdu. Ancaq hələ qarşıda bizi çətin Premyer Liqa və FA Kubokunun oyunları gözləyir".

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması martın 10-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest