"Neftçi" hazırlğı davam etdirir. Matç.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb.

Məşqdə zədəli Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığmalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər.

Əvəzində, zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalan Ruslan Abışov məşqlərə başlayıb. Kapitan komanda üzvlərindən ayrı fərdi məşq edib. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Xatırladaq ki, noyabrın 25-də "Bayıl Arena"da baş tutacaq "Səbail" – "Neftçi" oyunu saat 17:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest