“Ovusu artıq komandanı tərk edib. O, bizimlə birgə olmaq istəmədi. Mənə də elə futbolçu lazım deyil. Biz dedi ki, “bir komanda var, daha yüksək pul verir. Mənim üçün bu, hər şeydən vacibdir"

“Kordoba” klubunun baş məşqçisi Raul Aqne qanalı hücumçu Ovusu Kvabenanın komandanı tərk etməsindən danışıb. Matc.az xəbər verir ki, o, futbolçudan narazılıq edib.

 “Ovusu artıq komandanı tərk edib. O, bizimlə birgə olmaq istəmədi. Mənə də elə futbolçu lazım deyil. Biz dedi ki, “bir komanda var, daha yüksək pul verir. Mənim üçün bu, hər şeydən vacibdir. Bu şansı qaçırmaq istəmirəm”. Ona Azərbaycanda uğurlar arzulayıram. Amma “Qarabağ” Ovusunun timsalında onu nə gözlədiyini bilmir”- deyə, Aqne bildirib.

Ağdam klubu bu həftə Kvabena ilə 3,5 illik müqavilə bağlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest