UEFA 2019-cu ilin ən yaxşı heyətini açıqlayıb. Matc.az xəbər verir ki, qurumdan verilən açıqlamaya görə, səsvermədə iki milyondan çox adam iştirak edib.
"İlin heyəti"ndə ötən mövsüm çL-nı qazanan "Liverpul"dan 5, "Yuventus" və "Barselona"dan 2, "Bavariya" ilə "Siti"dən isə 1 oyunçu yer alıb.
Seçilən heyəti nəzərinizə çatdırırıq:
Qapıçı: Allisson Berker ("Liverpul")
Müdafiəçilər: Aleksandr Arnold, Van Dayk, Robertson ("Liverpul"), Matis De Liht ("Yuventus")
Mərkəz: Frenk de Yonq ("Barselona"), Kevin De Bruyne ( "Mançester Siti")
Hücumçular: Sadio Mane ("Liverpul"), Messi ("Barselona"), Ronaldo ("Yuventus"), Levandovski ("Bavariya")
Qeyd edək ki, portuqaliyalı ulduz oyunçu UEFA ilin ən yaxşı heyətində 7-ci dəfə yer alıb. 7 oyunçu isə ilk dəfədir ki, bu heyətə düşüb.