çengiz öndər Hakan çalhanoğlunun komanda yoldaşı ola bilər. Matc.az xəbər verir ki, "Roma"da çıxış edən türkiyəli futbolçu "Milan"a keçir.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, Türkiyə millisinin üzvünü heyətində görmək istəyən "Milan" "Roma"ya Suso ilə öndəri dəyişdirməyə təklif edib. Tərəflər dünən bu dəyişiklik barəsində görüş keçiriblər.

"Roma"da bu mövsüm yetərincə şans verilməyən öndərin də komandadan ayrılmaq istədiyi bildirilib.

Qeyd edək ki, transferin mövsümün sonuna qədər icarə əsasında olacağı qeyd olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest