"Komandamız yüksək səviyyəli futbolçulardan təşkil olunub. Bu heyətlə yaxşı nəticələr qazanacağıq". Matç.az saytı xəbər verir ki, bunu Bosniya və Herseqovinanın U-21 yığmasının futbolçusu Yusuf Qazibeqoviç deyib.

Gənc yarımmüdafiəçi iki gündən sonra Azərbaycan yığmasına qarşı Zenitsada keçiriləcək yoxlama matçı barədə fikirlərini bildirib: "Bu səviyyəni artıq Azərbaycanla oyunda təsdiqləyəcəyimizi və qalib gələcəyimizi gözləyirəm. Bütün azarkeşləri oyuna gəlməyə, bizə dəstək olmağa çağırıram. Biz öz oyunumuzla onları tribunalara qaytaracağıq. Azərbaycanla görüş yoldaşlıq xarakter daşısa da, var qüvvəmizi meydanda qoacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest