Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi İspaniya çempionu “Barselona”nın müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi mövsümün sonunadək icarə əsasında “Şalke”də oynayacaq.
 
“Şalke” bu icarə üçün Kataloniya təmsilçisinə 1,5 milyon avro ödəyəcək.
 
“Barselona” ilə 2023-cü ilin yayına qədər sözləşməsi olan Todibo, bu mövsüm cəmi 3 oyuna çıxıb. Fransalı mərkəz müdafiəçisi La Liqa təmsilçisinə ötən ilin yanvarında "Tuluza"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest