Fransa millisinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Matç.az saytı xəbər verir ki, dünya çempionları Millətlər Liqasının V turunun Hollandiya ilə səfər qarşılaşmasından məğlub ayrılıb.

0:2 hesabı ilə uduzan Didye Deşamın yetirmələri bunadək 15 oyun idi yenilmirdi. Fransa son görüşlərdə 11 qələbə qazanıb, 4 heç-heçə etmişdi.

"üçrənglilər" sonuncu dəfə bu il martın 23-də Kolumbiyaya uduzub. Bu, Parisdə keçirilən yoxlama oyununda gerçəkləşib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest