Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev qonşu ölkədə diqqət mərkəzinə düşüb. Matç.az saytı xəbər verir ki, qısa məsafələrə qaçışda tanınan, 200 m məsafədə dünya və Avropa çempionu olan idmançı hərbi xidmətdə əsgər andı içib.

O, Türkiyə silahlı qüvvələrindəki ilk təlimləri başa vurub. Quliyev ödənişli qısamüddətli xidmət üçün hərbiyə cəlb olunan 417 nəfər sırasında yer alıb.

Qeyd edək ki, Ramil 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu adını qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest