"Qəbələ"nin yarımmüdafiəçisi İbrahima Niasse komandadan ayrıla bilər. Matc.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı oyunçu "Lamia"nın maraq dairəsindədi.

2017-18 mövsümünü "Levadiakos"da keçirən seneqallı yenidən Yunanıstana dönməyə hazırlaşır. Bildirilir ki, Niasse yunanlar üçün prioritet hədəfdi. Hətta oyunçunun keçidin baş tutması üçün səfər vizasını gözlədiyi də vurğulanıb.

Qeyd edək ki, İbrahima Niasse 2012-13 mövsümündə "İnter"də (hazırkı "Keşlə"), 2013-14 mövsümündə isə "Qəbələ"də çıxış edib. Afrifalı ötən ilin oktyabrında yenidən "Qəbələ"yə qayıdıb. Onun "qırmızı-qaralar"la müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest