Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışına start verib. Matc.az xəbər verir ki, komandamız Bakı hazırlığından sonra çalışmaları İstanbulda davam etdirir. 
 
Yığmamız bu gün "Fənərbaxça" ilə yoxlama matçına da çıxacaq.
Bu, Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşma kimi tarixə düşəcək.
 
Qeyd edək ki, Olimpiya lisenziyalı yarışa hazırlaşan millimiz son toplanışı Polşada keçəcək və ordan Avropa Olimpiya Təsnifat Turniri üçün Hollandiyaya yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest