Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni komandası müəyyənləşib. 30 yaşlı hücumçu karyerasını Tunisdə davam etdirəcək. Belə ki, o, "Kartaj" klubu ilə anlaşıb. Müqaviləyə əsasən yığmamızın üzvü 2019-20 mövsümünü "Kartaj"ın heyətində keçirəcək.

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni komandası müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı hücumçu karyerasını Tunisdə davam etdirəcək. Belə ki, o, "Kartaj" klubu ilə anlaşıb. Müqaviləyə əsasən yığmamızın üzvü 2019-20 mövsümünü "Kartaj"ın heyətində keçirəcək.

"Azərreyl"in sabiq üzvü karyerası ərzində Rusiya və Fransada da legioner həyatı yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest