"Borussiya"nın müdafiəçisi Manuel Akanci maraqlı bacarığı ilə diqqət mərkəzinə gəlib. Matç.az saytı xəbər verir ki, isveçrəli futbolçu qatıldığı bir televiziya proqramında qeyri-adi istedadını nümayiş etdirib.
Belə ki, tolk-şou zamanı Akancinin əsl riyaziyyat dahisi olduğu üzə çıxıb. O, düşünmədən ikirəqəmli ədədləri bir-birinə vurmaq bacarığını göstərib.
Studiyadakı tamaşaçıların təsadüfi soruşduğu əməliyyatları o, kalkulyatordan da sürətli həll edib.
Akanci məktəbli vaxtlarında riyaziyyata böyük marağı olduğunu və bu hesablama üsulunun müəllimi tərəfindən öyrədildiyini deyib.