Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az saytı xəbər verir ki, komandamız Kişinyovda Moldova yığmasının qonağı olub.

“Zimbru” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Belə ki, moldovalılar 3:1 hesablı qələbəyə sevinib. Millimizin heyətində yeganə qola Alina Dorofeyeva imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest