"Artıq həftəsonu keçiriləcək çempionat matçını düşünməliyik. Addım-addım irəliləmək istəyirik. Bizim üçün çox vacib oyun idi. Bütün komanda çox yaxşı çıxış etdi. Bu cür qələbəyə görə çox sevinirik".

"Artıq həftəsonu keçiriləcək çempionat matçını düşünməliyik. Addım-addım irəliləmək istəyirik". Matc.az saytı xəbər verir ki, bu sözlər APOEL-in qapıçısı Vid Beleçə məxsusdu.

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edən Kipr təmsilçisi əzmkar qələbə qazanaraq, xallarının sayını 4-ə çatdırıb

Yerli mətbuata açıqlamasında oyunu dəyərləndirən Sloveniya yığmasının qolkiperi artıq bütün diqqətlərini növbəti mərhələ matçına yönəldəcəklərini söyləyib: "Bizim üçün çox vacib oyun idi. Bütün komanda çox yaxşı çıxış etdi. Bu cür qələbəyə görə çox sevinirik. İndi "Düdelanj"la görüşü səbirsizliklə gözləyirik. Lüksemburqa yalnız qələbə üçün yollanacağıq".

Qeyd edək ki, 4 turdan sonra APOEL-lə "Qarabağ" eyni sayda xal toplasa da, Kipr təmsilçisi şəxsi oyunlardakı nəticəyə görə ikinci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest