İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu gün püşkatma mərasimi keçirilib.

Turnirdə yoluna davam edən Mançester klubları aşağı liqa təmsilçiləri ilə qarşılaşacaq. Mərhələnin oyunları dekabrın ortalarında keçiriləcək.

1/4 finalın cütlükləri

"Oksford Yunayted" - "Mançester Siti"

"Mançester Yunayted" - "Kolçester Yunayted"

"Aston Villa" - "Liverpul"

"Everton" - "Lester"

Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Klublararası Dünya çempionatındakı çıxışa görə, İngiltərə Liqa Kubokundan imtina edə biləcəklərini söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest