çempionlar Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı qolu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, UEFA-nın müəyyənləşdirdiyi 4 iddiaçı arasında ən yaxşı qolu azarkeşlər seçib.

Kriştianu Ronaldonun ("Yuventus") "Mançester Yunayted"in qapısından keçirdiyi qol səsvermədə qalib olub. Bu qol "Liverpul"la görüşdə dubl müəllifi olan Milan Pavkovun ("Srvena Zvezda") qollarından biri, həmçinin Rəhim Sterlinqin ("Mançester Siti") "Şaxtyor"un, Otavionun ("Porto") "Lokomotiv"in qapısından keçirdiyi topu arxada qoyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest