İngiltərə Liqa Kubokunun 1/16 finalında "Milton-Kins Dons"la keçirilən oyun "Liverpul"un yarımmüdafiəçisi Harvi Elliot üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Elliot yeni rekorda imza atıb.

Belə ki, o, 16 yaş 174 günlüyündə meydana çıxıb. Beləliklə, Elliot bu yaşda start heyətində yer alan ilk "Liverpul"lu kimi tarixə düşüb. O, eyni zamanda "qırmızılar"ın ən gənc ikinci oyunçusu olub. Bu baxımdan rekord 2012-ci ildə 16 yaş 6 günlüyündə "Vest Bromviç"lə qarşılaşmada iştirak edən Jerom Sinkleyrə məxsusdu.

Qeyd edək ki, "Milton-Kins Dons" üzərində 2:0 hesablı qələbə qazanan "Liverpul" 1/8 finala adlayıb. Elliot isə komandaya bu yay "Fulhem"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest