Balayev bununla cari mövsümdə özünə məxsus olan 683 dəqiqəlik rekorda yaxınlaşıb. Bunun üçün onun növbəti turda da quru seriyanı davam etdirməsi kifayətdi.

Azərbaycan millisinin qapıçısı Emil Balayev "Tobol"da uğurlu çıxışını davam etdirir. Matc.az saytının məlumatına görə, 25 yaşlı qolkiper cari mövsümdə ikinci dəfə quru seriya yaxalayıb.

Ardıcıl 7 oyundu qapısını toxunulmaz saxlayan Balayev komandasının turnir cədvəlinə başçılıq etməsində müstəsna rol oynayıb. O, sonuncu dəfə iyulun 28-də "Kaysar"la ev matçında topu tordan çıxarmalı olub - 0:2. Qolkiper artıq 609 dəqiqədi çərçivəni rəqiblərin üzünə bağlayıb.

Balayev bununla cari mövsümdə özünə məxsus olan 683 dəqiqəlik rekorda yaxınlaşıb. Bunun üçün onun növbəti turda da quru seriyanı davam etdirməsi kifayətdi.

Qazaxıstan çempionatları tarixinin rekordu isə Sergey Boyçenkoya məxsusdu. "Kayrat"ın sabiq qapıçısı 2005-06 mövsümündə 921 dəqiqə qol buraxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest