Futbol üzrə Fransa çempionatında 7-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

Cari mövsümdə qələbə qazana bilməyən “Monako” doğma azarkeşləri qarşısında “Nitsa”nı qəbul edib. Knyazlıq təmsilçisi nəhayət ki, bu oyunda ilk dəfə 3 xala sevinib. 

Marsel “Olimpik”i isə “Dijon” səfərinə yollanıb. Bu görüşdə qapılara qol vurulmayıb.

Fransa Liqa 1
7-ci tur

24 sentyabr

Dijon – Olimpik (Marsel) 0:0

Monako – Nitsa 3:1
Qol: Qolovin, 29; 74. Ben Yedder, 80 – Burner, 54.

25 sentyabr

21:00 Amyen – Bordo
21:00 Brest – Olimpik (Lion)
21:00 Lill – Strasburq
21:00 Monpelye – Nim
21:00 Nant – Renn
21:00 Sent-Etyen – Mets
21:00 Tuluza – Anje
23:00 PSJ – Reyms

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest