İtaliyanın "Roma" klubu heyətini iki yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, adı mütəxlif klublarla yanaşı çəkilən Madrid "Atletiko"sunun futbolçusu Nikola Kaliniç, eləcə də London "Arsenal"ının yarımmüdafiəçisi Henrix Mxitaryan bundan sonra "canavarlar"ın uğurları üçün çalışacaq.
 
Artıq hər iki futbolçu İtaliya paytaxtına gələrək tibbi müayinədən keçiblər. Onlarla 1 illik müqavilə imzalanıb.
 
2018-ci ildə "Fiorentina"dan transfer olunan 31 yaşlı Kaliniç, Madrid klubunun heyətinə keçirdiyi 17 oyunda 2 qolla yadda qalıb. Onun "Atletiko" ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub. Erməni yarımmüdafiəçi Mxitaryan isə 2018-ci ilin yanvarından "Arsenal"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest