PSJ-nin hücumçusu Neymar "Barselona"ya qayıtmağa hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə Kataloniyanın ən böyük radiosu olan RAC1 məlumat yayıb.

Bildirilir ki, klublar arasında danışıqlarda böyük məsafə qət edilib və keçid hər an rəsmiləşə bilər. Hətta "Barsa" rəhbərliyinin arxasında Neymarın adı yazılan formaları sifariş verdiyi də vurğulanır. Transfer elanından sonra Neymarın "Barselona" azarkeşləri üçün müraciət videosu yayımlanacaq.

Qeyd edək ki, Neymarın xidmətində əzəli rəqib "Real" da maraqlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest