Şahmatçıların FİDE reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, Azərbaycanın 9 şahmatçısı ilk "yüzlük"də yer alıb.

Bunlardan 6-sı kişi, 3-ü xanım zəka sahibidi. Kişi təmsilçilərimiz arasında ən yaxşı təmsilçimiz Şəhriyar Məmmədyarov 2817 xalla ötən ay olduğu kimi yenə dünya 3-cüsüdü. O, yalnız norveçli Maqnus Karlson (2835) və ABŞ təmsilçisi Fabiano Karuanadan (2832) geri qalır.

Hesabında 2757 xal olan Teymur Rəcəbov 4 pillə irəliləyib. O, hazırda planetin 14-cüsüdü. Ondan 21 xal geri qalan Arkadi Naydiç 20-ci sırada qərarlaşıb. Yığmamızın legioneri 9 pillə irəliləyişə nail olub.

2703 xala malik Rauf Məmmədov siyahıda 40-cıdı. Onun irəliləyişi 6 addım təşkil edib. 72-ci olan Eltac Səfərlinin aktivində 2671 xal var. Şahmatçımız 5 pillə geriləyib. Ondan 7 xal geridə olan Qədir Hüseynov isə 8 addım geriləməklə 82-ci yerə enib.

Qadın şahmatçıların siyahısında ən yaxşı təmsilçimiz Günay Məmmədzadədi. 2422 xala malik şahmatçımız 46-cı yerdıdi. O, 13 pillə geriləyib.

2397 xalla 63-cü olan Xanım Balacayeva ilk dəfə qadınların "100-lüy"ünə düşüb. 6 aydan sonra siyahıya qayıdan Gülnar Məmmədova 2368 xalla 97-cidi.

Qeyd edək ki, qadın şahmatçıların siyahısına çinli Yifan Hou başçılıq edir – 2658 xal.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest