KİV nümayəndəsini vurmağa cəhd edən “Kəpəz”in analitiki cəzalandırıldı
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının IV turunun iki oyununda baş verənlərə hüquqi qiymət verib. Matc.az xəbər verir ki, “Zirə” – “Şamaxı” görüşündən sonra meydan sahibləri AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyi üçün 2000 manat cərimələnib.



























