"Gent"in təyyarəsi həmin gün axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək. Qarşılaşmadan dərhal sonra təyyarə Belçikaya qayıdacaq. Komandanı dəstəkləmək üçün 50 azarkeş Bakıya gələcək.

"Gent"in Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyun üçün Bakıya gələcəyi tarix bəlli olub. Matc.az xəbər verir ki, Belçika klubu oyundan bir gün əvvəl – fevralın 15-də səfərə çıxacaq.
 
"Gent"in təyyarəsi həmin gün axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək. Qarşılaşmadan dərhal sonra təyyarə Belçikaya qayıdacaq. Komandanı dəstəkləmək üçün 50 azarkeş Bakıya gələcək.
 
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest