Fevralın 9-da, 10-da və 12-də keçiriləcək Yüksək, Birinci və İkinci liqaların oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında deyil, "Olimpik Star"da keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Bununla əlaqədər fevralın 10-da keçiriləcək oyunların vaxtında da dəyişiklik edilib.
 
Federasiyadan verilən digər məlumata görə, qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi Azərbaycan Futzal Federasiyasının bayrağı altında keçirilən liqalarda 1 dəqiqəlik sükutla anılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest