Türkiyənin "Hatayspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın "Qroyter" klubunun yarımmüdafəçisi Jeremi Dudzyakı transfer edib.
 
Almaniyada dünyaya göz açmış Tunis əsilli futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
 
Dudzyak Dortmund "Borussiya"sının yetirməsidir. O, bu komanda ilə yanaşı, "Sankt Pauli" və "Hamburq"da da oynayıb. Yarımmüdafiəçi 2021-ci ildən oynadığı "Qroyter"də 33 oyuna 2 qol vurub.
 
Almaniyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynamış futbolçu Tunisin əsas yığmasında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest