Futbol üzrə Niderland birinci divizionunda 22-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Herakles"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
 
"Eyndhoven" hazırda 39 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest