İsnik Alimi "Qəbələ"də 50-ci oyununu keçirib. Matc.az xəbər verir ki, Şimali makedoniyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 15-ci turuna təsadüf edib.
 
"Sumqayıt"la səfərdəki matç onun üçün "qırmızı-qara" forma ilə 50-ci olub.
 
1:1 hesabı ilə nəticələnən qarşılaşmada hesabı da İsnik açıb. Bu, onun "Qəbələ"də 17-ci qolu olub.
 
Alimi Premyer Liqada 42 (14 qol), Azərbaycan kubokunda 6 (3 qol), avrokuboklarda 2 dəfə "qırmızı-qaralar"ın heyətində şans qazanıb.
 
Yarımmüdafiəçinin bu komandada debütü 2021-ci il avqustun 15-də "Neftçi" ilə səfərdəki çempionat görüşünə (2:2) təsadüf edib. O, "Qəbələ"nin tarixində 50 və daha çox oyun keçirən 53-cü futbolçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest