Qətərdəki dünya çempionatında ötən gün keçirilmiş Belçika - Mərakeş matçından öncə maraqlı hadisə gerçəkləşib. Matc.az xəbər verir ki, mərakeşli qapıçı Yassin Bunu start heyətdə meydana çıxsa da, bu oyunda bir dəqiqə də oynamayıb

Qətərdəki dünya çempionatında ötən gün keçirilmiş Belçika - Mərakeş matçından öncə maraqlı hadisə gerçəkləşib. Matc.az xəbər verir ki, mərakeşli qapıçı Yassin Bunu start heyətdə meydana çıxsa da, bu oyunda bir dəqiqə də oynamayıb.
 
Buna onun matçın startı ərəfəsində özünü pis hiss etməsi və dərhal əvəzlənməsi səbəb olub. Halbuki o, komanda yoldaşları ilə meydana çıxıb və himni də oxuyub. Lakin məhz elə həmin vaxt özünü pis hiss edən qolkiper əvəzlənməsini istəyib. Hakimlər onun əvəzlənməsinə icazə verdikləri üçün bu, Mərakeş yığmasının əvəzetmə sayına da təsir göstərməyib. Onun əvəzində start heyətdə Munir Məhəmmədi çıxıb və komandasının 2:0 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.
 
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest