"Bazel"in hücumçusu Adam Salai Macarıstan millisindəki karyerasını başa vurub. Matc.az xəbər verir ki, o, yığmada keçirdiyi son oyunundan sonra fikirlərini bildirib.
 
UEFA-nın mətbuat xidmətinə danışan 34 yaşlı forvard bunları deyib:
 
"Hələ də inana bilmirəm ki, bu, milli komandadakı son oyunumdur. Bütün diqqətimi 90 dəqiqəyə yönəltməyə çalışdım. Yaxşı nəticə qazanmaq üçün şanslarımızın olduğunu bilsək də, əla fürsəti əldən verdik".
 
Macarlar UEFA Millətlər Liqasındakı son oyunda İtaliyaya 0:2 hesabı ilə uduzub. Bu qələbə ilə İtaliya millisi Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Macarıstan isə A liqasındakı yerini qoruyub və 3-cü qrupun turnir cədvəlində ikinci yeri tutub.
 
Adam Salai 2009-cu ildən formasını geyindiyi Macarıstan yığmasında 86 oyun keçirib, 26 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest