"Sumqayıt"ın futbolçusu Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində UEFA Millətlər Liqasının C Divizionu çərçivəsində Bolqarıstana qarşı keçirilən ev oyununda meydandan qovulub. Matc.az xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
 
Hazırda matçda ikinci hissə oynanılır və Bolqarıstan yığması 1:0 hesabıyla öndədir.
 
Xatırladaq ki, Todor Todoroski cari mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest